• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Hərbçilərimiz qəzaya düşdü: ölən və yaralananlar var - YENİLƏNİB

HADİSƏ

09 Fevral 2026 | 10:54

Hərbçilərimiz qəzaya düşdü: ölən və yaralananlar var - YENİLƏNİB

Fevralın 8-də saat 16:30 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

    Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

    1997-ci il təvəllüdlü şəxs isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

    ***

    00:04

    Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə hadisə Zəyəm-Sabirkənd yolunda qeydə alınıb. Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sərnişini - İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerinə ölüb.

    Sürücü və sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki qəzaya düşənlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    03 Aprel 2026