• Bakı 26° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Azərbaycan-Türkiyə-ABŞ əməkdaşlıq modeli yaradılır?

SİYASƏT

11 Avqust 2025 | 15:34

Azərbaycan-Türkiyə-ABŞ əməkdaşlıq modeli yaradılır?

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan-Azərbaycan danışıqlarından sonra ekspertlər tərəfindən bir sıra yeniliklərin olacağı ehtimal olunur.  Bunlardan biri də Azərbaycan, Türkiyə və ABŞ-nin Yaxın Şərq regionunda, o cümlədən Suriyada, İraqda, Mərkəzi Asiyada üçtərəfli əməkdaşlıq modeli yaradacağıdır.

Maraqlıdır ki, sözügedən modelin yaradılması nə dərəcədə reallığa uyğundur?

Mövzu ilə bağlı politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, indiki məqamda ABŞ-nin Suriya siyasəti, eyni zamanda Qəzzada Fələstinə yönəlik siyasətində Türkiyə ilə siyasəti çox ziddir:

"Amerikanın Türkiyəyə son təyin etdiyi səfir Tom Barak həm də ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsidir. Barakın mövqeyi bir çox hallarda Türkiyənin mövqeyi ilə üst-üstə düşür. Bu, sadəcə bir səfirin mövqeyi kimi dəyərləndirilməli deyil. Yaxın Şərqdə, xüsusilə də Suriyada Türkiyənin üstünlüyü və Suriyanın bütünlüyünə xidmət edən məsələlərlə bağlı qarşılıqlı əməkdaşlığı ön sıradadır. Barak ABŞ siyasətinin tərkib hissəsini həyata keçirir. Ancaq bu, Azərbaycan, Türkiyə və ABŞ-nin bir təhlükəsizlik modeli olaraq çıxış edəcəyi anlamına gəlmir. Bu istiqamət üzrə danışmaq hələlik tezdir. Çünki  ABŞ prezidenti bu gün Qəzzada çoxsaylı insanların aclıqdan öldüyünü iddia etsə də, bu insanları öldürəcək konvensial silahları İsrailə verməkdə davam edir".

Politoloqa görə, Azərbaycan Suriya ilə İsrail arasında körpülərin yaradılması, ziddiyyətlərin aradan qaldırılması kontekstində bir vasitəçi məkan olaraq iştirak edir. Bu, beynəlxalq səviyyədə İsrail və Suriya, həmçinin Türkiyə və ABŞ səviyyəsində qəbul olunur.

"ABŞ "İbrahim Sazişi" adlanan böyük bir layihənin içində Azərbaycanı da prosesin tərkib hissəsi kimi görür. Eyni zamanda perspektivdə bütün Orta Asiya, türk cümhuriyyətlərini də bu sazişin tərkibində görür”.

Natiq Miri, politoloq

Müsahibimiz vurğulayıb ki, lLakin bu layihənin həyata keçirilməsi hələlik naməlumdur. Bunu isə İsrailin aqressiv siyasətini davam etdirməsi ilə əlaqaələndirir:

“İsrail bir tərəfdə İranla gərginlik yaşayır, digər tərəfdən Livan bombalayır, başqa bir tərəfdə isə Qəzzanı bombalamağa davam edir. Həmçinin Suriyanın daxilində etnik qruplar mərkəzi hökumətə qarşı qaldırılır ki, bu da Suriyanın birliyinə ciddi xələl gətirir. Yəni, ümumi kontekstdə İsrailin bu cür təcavüzkar davranışı üçtərəfli model yaratmaq üçün mədudiyyətlər yaradır".

Natiq Miri onu da vurğulayıb ki, bu gün ABŞ İraq, Suriya, İsrail, Fələstin və digər məsələlərlə bağlı ortaya konkret siyasət qoymayıb. Bu baxımdan etimad göstəriləcək bir layihə yoxdur və ona görə də yaxın perspektivdə üçtərəfli əməkdaşlıq modelinin yaradılacağı real görünmür.

Gülşən Şərif


SON XƏBƏRLƏR