Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 min 902 baş diri iribuynuzlu ətlik heyvan idxal olunub.
Bakıvaxtı.az Yeniavaz.com-a istinadən xəbər verir ki, ölkəyə gətirilən mal-qaranın ümumi gömrük dəyəri 2 milyon 214,12 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycana idxal edilən bir baş iribuynuzlu ətlik heyvanın orta gömrük dəyəri təxminən 375 dollar (638 manat) olub. İribuynuzlu ətlik heyvanların 1105 başı Rusiyadan, 4797 başı Gürcüstandan gətirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qara idxalı 2,8 dəfə azalıb. Belə ki, ötən il Rusiyadan (9644 baş), Qazaxıstandan (2538 baş) və Gürcüstandan (1839 baş) Azərbaycana 14 min 21 baş iribuynuzlu ətlik heyvan idxal edilib.
Bakı 












