q
  • Bakı 12° C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Özbəkistandan Məkkəyə velosipedlə gedir - VİDEO
CƏMİYYƏT
19 Aprel 2026 | 23:20

Özbəkistandan Məkkəyə velosipedlə gedir - VİDEO

Özbəkistandan velosipedlə ümrə ziyarətinə gedən zəvvar Azərbaycandan keçib.

Bakıvaxtı.az xəbər verir ki, Özbəkistan vətəndaşı Qəhrəman Eşmirzəyev velosipedlə yola çıxaraq Səudiyyə Ərəbistanına - Məkkəyə Ümrə ziyarətinə getdiyini bildirib.

O qeyd edib ki, əvvəlcə Tacikistan, Əfqanıstan və İran üzərindən keçməyi planlaşdırsa da, yolların bağlı olması səbəbindən marşrutunu dəyişib. Buna görə də təxminən 40 gün vaxt itirib.

Səyyahla tanış olanlar onu süfrələrinə də dəvət ediblər. Azərbaycan yeməkləri onun xoşuna gəlib.

Qəhrəman Eşmirzəyev vurğulayıb ki, Türkiyəyə keçəndə üzərində pul qalmasa, orada çalışıb pul əldə edib yoluna davam edəcək.

 


SON XƏBƏRLƏR

19 Aprel 2026