"Azərbaycan öz ərazisində tranzit məkanları təmin edən ən elastik bir məkandır".
Bunu iqtisadçı-ekspert Fuad İbrahimov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, iqtisadiyyatın inkişaf dinamıkası ilk növbədə ticarət əlaqələrinin artmasından asılıdır:
"Ticarət dövriyyəsinin artması istehsal olunan yükün daşınmasının həyata keçirilməsi ilə bağlıdır. Bir çox ölkə hazırda tranzit blokadasındadır. Suveyş kanalında, Yaxın Şərqdə gedən proseslər, şimal qonşumuzun vəziyyəti, cənubda yaşananlar beynəlxalq yük daşımalarına böyük zərbə vurur. Azərbaycan bu mənada bir çox dövlətlər üçün ən cazibədar məkandır”.
Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, münaqişələr və postpandemiya dövrü dünya iqtisadiyyatında bir çox parametrləri dəyişib. Maraqlar, tələblər artıq başqadır:
“İlk növbədə enerji təhlükəsizliyi ilə beynəlxalq logistik dəhlizlərə çıxışı olan dövlətlər daha təhlükəsiz gələcəyə hərəkət etmək imkanları var".
Fuad İbrahimov: Azərbaycan bir çox dövlətlər üçün ən cazibədar məkandır
F.İbrahimov əlavə edib ki, ticarət, nəqliyyat və yükdaşıma zəncirində hansısa ölkə problem yaşasa, zəncir qırılacaq:
"Mal göndərən sifarişçi məhsulun tez zamanda çatdırılmasında maraqlıdır. Ona görə dəhlizlər uğrunda ciddi rəqabət var. Ən böyük ticarət donanması bizdədir. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra logistika siyasəti gündəmə gəldi. Biz bunu dəyərləndirərək, ölkələr arasında gündəmə gətirirdik. Sonra daxili imkanlarımız hesabına reallaşdırmağa başladıq. Bakı-Tbilisi-Qars dəmiryoluna nə qədər rişxəndlə yanaşırladılar. Amma biz bunların öhdəsindən gəlməyi bacardıq. Azərbaycan Şərq-Qərb arasında ən əsas hissədir".
Aydın Baxış