Ötən gün Azərbaycanda “Perseid” meteor yağışı ilə əlaqədar ictimaiyyət arasında böyük maraq müşahidə olunub. Bununla yanaşı, meteor yağışlarının mahiyyəti, necə əmələ gəlməsi, niyə bəzi bölgələrdə daha yaxşı göründüyü və Yer üçün təhlükə yaradıb-yaratmadığı barədə müxtəlif suallar yaranır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov deyib.
Onun sözlərinə görə, meteor yağışı Yer öz hərəkəti zamanı kometa və ya bəzi hallarda asteroidlərin orbiti boyunca səpələnmiş toz və kiçik daş hissəcikləri axınından keçərkən baş verən astronomik hadisədir:
“Bu hissəciklər Yer atmosferinə saniyədə onlarla kilometr sürətlə daxil olduqda atmosfer molekulları ilə toqquşma nəticəsində qızır, ionlaşır və parlaq işıq izi yaradır. Biz bu işıq izini meteor, xalq arasında isə "axan ulduz" kimi müşahidə edirik. Əslində isə meteorun ulduzlarla heç bir əlaqəsi yoxdur.
Meteor yağışlarının böyük əksəriyyəti kometalarla əlaqədardır. Məsələn, avqust ayında müşahidə olunan “Perseid” meteor yağışı “109P/Swift–Tuttle” kometasının orbiti boyunca buraxdığı toz hissəciklərindən əmələ gəlir. Yer hər il həmin toz axınından keçdiyi üçün “Perseid” meteor yağışı da hər il təxminən eyni tarixlərdə müşahidə olunur”.
Astrofizik qeyd edib ki, kometalar Günəşə yaxınlaşdıqda onların buzları sublimasiya (maddənin ərimədən, birbaşa bərk haldan qaz halına keçməsidir) edir və nüvədən çoxlu miqdarda toz və xırda qaya hissəcikləri ayrılır. Bu hissəciklər kometin orbiti boyunca yayılaraq uzun bir meteoroid axını yaradır:
“Yer Günəş ətrafında hərəkəti zamanı bu axından keçdikdə hissəciklər böyük sürətlə atmosferə daxil olur. Atmosferdə sürtünmə nəticəsində onların səthi qızır və buxarlanır. Parlaq işıq zolağı məhz bu proses nəticəsində yaranır. Meteorların böyük əksəriyyətinin ölçüsü qum dənəsindən də kiçik olduğuna görə onlar atmosferdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır”.
Bakı 











