• Bakı 17° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib
Gündəm
07 May 2024 | 15:42

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, layihə üzrə keçidin ümumi uzunluğu 48,6, eni 3 metrdir: "Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub. Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.


SON XƏBƏRLƏR

18 May 2024