• Bakı 15° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Beyləqanda avtoqəzada xəsarət alanlardan biri öldü
CƏMİYYƏT
03 Aprel 2026 | 11:43

Beyləqanda avtoqəzada xəsarət alanlardan biri öldü

Ötən gün Beyləqanda baş verən ağır qəzada xəsarət alan 3 nəfərdən biri ölüb.

Bakıvaxtı.az xəbər verir ki, ötən gün rayonun Yeni Xocavənd qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı Xəqani Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomobil idarə etmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 2009-cu il təvəllüdlü Əliyev Nahid Rüstəm oğlu və Rüstəmzadə Ömər Qədir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Avtomobilin sürücüsü Xəqani Quliyev paytaxtdakı xəstəxanalardan birinə aparılarkən yolda ölüb.

Avtomobildə xəsarət alan digər yaralılardan Nahid Əliyev müalicə üçün Avrasiya Hospitalına, Ömər Rüstəmzadə isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

02 Aprel 2026