• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir
DÜNYA
03 Aprel 2026 | 13:22

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

ABŞ-İsrail hücumlarına baxmayaraq, İranın raket buraxıcılarının yarısı və minlərlə dron hələ də işlək vəziyyətdədir.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, son beş həftə ərzində ABŞ və İsrailin hərbi hədəflərə gündəlik zərbələrinə baxmayaraq, İranın arsenalında minlərlə kamikaze dron qalır.

Nəşr vurğulayıb ki, ABŞ kəşfiyyatının hesablamalarına hazırda əlçatmaz olan buraxılış qurğuları da daxil ola bilər. Məsələn, zərbələr nəticəsində yerə basdırılmış, lakin məhv edilməmiş qurğuları buna misal göstərmək olar.

Bununla yanaşı, ölkənin ümumi PUA potensialının təxminən 50%-ni təşkil edən minlərlə İran dronu hələ də mövcuddur.

Son günlərdə toplanan kəşfiyyat məlumatlarına görə, İranın sahil müdafiəsi üçün nəzərdə tutulmuş kruiz raketlərinin əksəriyyəti də salamatdır. Bu raketlər İrana Hörmüz boğazında gəmiçiliyi təhdid etməyə imkan verir.

Gülşən Şərif


SON XƏBƏRLƏR