• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Bitcoin və Ethereum ucuzlaşdı
İQTİSADİYYAT
02 Avqust 2025 | 11:50

Bitcoin və Ethereum ucuzlaşdı

Avqustun 2-də aparıcı kriptovalyutalar üzrə qiymətlərdə azalma qeydə alınıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, CoinMarketCap platformasında bazarın lideri bitcoin (BTC) son 24 saat ərzində 0,16% ucuzlaşaraq 113 703,26 ABŞ dolları səviyyəsində ticarət olunub. BTC son bir həftədə 1,26%,son bir ayda isə 3,14% dəyər itirib.

    İkinci yerdə olan Ethereum (ETH) isə 0,81% ucuzlaşaraq 3 482,06 dollar təşkil edib. ETH son bir həftədə 4,88%, ay ərzində isə 6,89% azalıb.

    Üçüncü sıradakı XRP 2,96 dollarla ticarət olunur və son sutkada 1,33% dəyər itirsə də, həftəlik göstəricisi 0,11% artım nümayiş etdirib.

    Tether (USDT) 0,9996 dollar səviyyəsində sabit qalsa da, çox cüzi azalma (-0.02%) qeydə alınıb. Beşinci yerdə qərarlaşan BNB (Binance Coin) isə 1,65% azalma ilə 752,97 dollar təşkil edib.

    Ekspertlər kriptovalyuta bazarındakı bu enişi ABŞ və Avropa birjalarında müşahidə olunan riskli aktivlərdən qaçışla izah edirlər. İnvestorlar FED-in faiz qərarları və makroiqtisadi qeyri-müəyyənlik fonunda ehtiyatlı mövqe tutur, bu isə rəqəmsal aktivlərə olan tələbatın azalmasına səbəb olur.


    SON XƏBƏRLƏR

    01 Avqust 2025