Boliviya prezidenti Luis Arce iyulun 6-7-də Rio-de-Janeyroda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini açıqlayıb.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, o, Boliviyadakı bir sıra yeni məhsulun ölkələrin bazarlarına daxil olmasını müzakirə etmək istəyir.
"Biz bu həftənin sonunda Rio-de-Janeyroda keçiriləcək BRİKS sammitində iştirak edəcəyik. Çünki BRİKS üzvləri ilə müzakirə edəcəyimiz çoxlu məsələlər var", - Arce vurğulayıb.
Gülşən Şərif