• Bakı 16° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 84-ə çatıb 
DÜNYA
07 May 2024 | 10:07

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 84-ə çatıb 

Braziliyada leysan yağışlarının səbəb olduğu daşqınlarda 84 nəfər ölüb, 111 nəfər itkin düşüb.

Bakıvaxtı.az "Haber Global"a istinadən bildirir ki, bununla bağlı ştatın Mülki Müdafiəsi açıqlama yayıb.

Məlumata görə, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində baş verən daşqınlar nəticəsində can və mal itkiləri artır. Fəlakət nəticəsində 840 mindən çox insan maddi ziyana uğrayıb, 121 min 957 nəfər isə evini tərk etmək məcburiyyətində qalıb.

Eyni zamanda 98 şəhərdə elektrik və internet xidmətləri tamamilə sıradan çıxıb.

Axtarış-xilasetmə əməliyyatlarında silahlı qüvvələrin 14 min 500 şəxsi heyətinin çalışdığı, 30 təyyarə və 182 qayıqdan istifadə olunduğu bildirilib. Əməliyyat tədbirləri nəticəsində 25 nəfəri xilas etmək mümkün olub.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2024