q
  • Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Bu ərazidəki evlər də söküləcək, kompensasiya veriləcək
CƏMİYYƏT
14 May 2026 | 13:01

Bu ərazidəki evlər də söküləcək, kompensasiya veriləcək

"Bakının Xətai rayonu ərazisində su kollektorunun üzərində tikilmiş 22 ev müəyyən edilib".

Bakıvaxtı.az  "Report"a istinadən xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin evlər vaxtilə su idarəsinin də razılığı ilə tikilib:

"Lakin o evlərinin tikildiyi ərazidən magistral su xətti keçir. Bu səbəbdən NZS qəsəbəsindəki 22 evin sökülməsi və kompensasiya verilməsi təmin ediləcək".

S.İmanov bildirib ki, hazırda sakinlərin razılığı ilə evlərin köçürülməsi istiqamətində iş gedir:

"Keşlə və NZS qəsəbələrində müasir kollektor çəkilir ki, gələcəkdə problem olmasın. Bəziləri orada qanunsuz torpaq zəbt edərək ev tikib və illərdir ki, orada yaşayırlar. Biz də tərəfdarı deyilik ki, 20 il əvvəl tikilmiş evlər sökülsün. Ona görə də həmin evlərin hissə-hissə rəsmiləşdirilməsi həyata keçirilir".


SON XƏBƏRLƏR

13 May 2026