• Bakı 20° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Bu, Fransanın mövqeyinin nə qədər zəif olduğunu göstərir
SİYASƏT
05 Oktyabr 2024 | 21:14

Bu, Fransanın mövqeyinin nə qədər zəif olduğunu göstərir

Qərbi Azərbaycan İcması Fransanın Azərbaycanın imicini ləkələmək məqsədilə COP29-un keçirilməsinə az qalmış daha da gücləndirdiyi əbəs səyləri qınayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd olunub:

"Düçar olduğu uğursuzluqlardan getdikcə daha da ümidsizləşən Fransa ucuz təxribatlara əl atmaqdadır. Son olaraq, Bordo şəhərinin merinin müavini Loran Qiyominin COP29-a qatılmaq bəhanəsi ilə elektrik velosipedi ilə Avropa səyahəti şousu belə bir təxribat nümunəsidir. Bu, ötən il Fransa şəhərlərinin merlərinin Laçın keçidi ətrafında qurduqları ucuz şounun davamıdır. Fransanın bu cür dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir".

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu cür ucuz şoulara inanmamağa və Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışların həllində önəmli rol oynadığı bir dövrdə ölkəmizə dəstək verməyə çağırır.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024