q
  • Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək?
CƏMİYYƏT
14 May 2026 | 13:19

Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək?

Gələcəkdə buraxılış imtahanında xarici dil üzrə danışıq bacarığının yoxlanılması tətbiq edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

    DİM sədri qeyd edib ki, hazırda bu imtahanlarda üç komponent, bacarıq yoxlanılır: "Buraxılış imtahanlarında xarici dil üzrə hələ ki, danışıq bacarığının yoxlanılması tətbiq edilmir. Test blokunda oxuyub-anlama və dinləyib-anlamanı yoxlayan tapşırıqlar yer alır. Lakin növbəti mərhələlərdə danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər".

    O həmçinin bildirib ki, növbəti il XI sinfin buraxılış imtahanında şagirdlərin xarici dil fənni üzrə yüz sözdən ibarət kiçik həcmli yazı yazması nəzərdə tutulur: “Bu tapşırığın yerinə yetirilməsi ümumi imtahan vaxtına təxminən 15 dəqiqə əlavə edilməsini tələb edə bilər. Məsələ hazırda hələ müzakirə olunur. Normativ-hüquqi sənədlər də buna uyğun olmalıdır. Əgər təsdiq olunarsa, rəsmi şəkildə elan ediləcək".

    Məleykə Abbaszadə eyni zamanda gələcəkdə informatika üzrə də imtahanların rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu açıqlayıb: "Eyni zamanda bəzi imtahanların, magistraturaya qəbul imtahanının rəqəmsallaşdırılması planlaşdırılır. Bu istiqamətdə mərhələli dəyişikliklər aparılır. Rezidenturaya qəbul imtahanının da ikinci mərhələsi bu ildən elektron olacaq".


    SON XƏBƏRLƏR

    13 May 2026