• Bakı 19° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Çaylarda sululuq ARTDI
CƏMİYYƏT
15 Iyun 2025 | 09:41

Çaylarda sululuq ARTDI

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Yağan yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 69 sm, Katexçayda 24 sm, Qudiyalçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 16 sm, Zəyəmçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5 sm, Oxçuçay və Bərgüşadçayda 2 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 12 sm artıb, su sərfi 132 m3/san olmaqla normanın 78%-ni təşkil edir.


SON XƏBƏRLƏR