Çin və Belarusun hava-desant qoşunları Çinin mərkəzində yerləşən Hubey əyalətində “Swift Eagle 2026” adlı birgə hərbi təlimlərə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin CCTV+ agentliyi məlumat yayıb.
Məlumata görə, təlimlər çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat, ərazilərin ələ keçirilməsi və mühafizəsi, eləcə də hücum və müdafiə əməliyyatları üzrə hazırlıq keçirilir.
Təlimlərin əsas diqqət mərkəzində şəhər şəraitində birgə antiterror əməliyyatlarının həyata keçirilməsi dayanır. Məqsəd Çin və Belarus hərbçilərinin terrorla mübarizə missiyalarını birgə həyata keçirmək imkanlarını və döyüş qabiliyyətini artırmaqdır.
Təlimlərin, həmçinin, iştirakçı ordular arasında praktiki əməkdaşlığın dərinləşdirilməsinə, hərbi təcrübə mübadiləsinə və regional sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyi bildirilir.
Bakı 











