• Bakı 20° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Rəvan Həsənov: Şəhərlər bütün mədəniyyətlər üçün əlçatan və inklüziv olmalıdır
WUF13
22 May 2026 | 10:25

Rəvan Həsənov: Şəhərlər bütün mədəniyyətlər üçün əlçatan və inklüziv olmalıdır

“İnkişaf yalnız iqtisadi artım deyil, həm də bütün icmaların ləyaqəti, iştirakı və hüquqlarının qorunması deməkdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa” sessiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov səsləndirib.

O bildirib ki, urbanizasiya və iqtisadi inkişaf yeni imkanlarla yanaşı, bərabərsizlik və sosial təcrid kimi problemlər də yaradır və yerli icmalar çox vaxt səhiyyə, təhsil, mənzil və məşğulluğa çıxışda çətinliklərlə üzləşirlər.

Rəvan Həsənov qeyd edib ki, şəhər siyasətlərinin hazırlanmasında yerli icmaların iştirakının təmin olunması və urbanistik planlaşdırmada mədəni müxtəlifliyin nəzərə alınması vacibdir.

Onun sözlərinə görə, şəhərlər yalnız fiziki məkan deyil, həm də insanların mədəni və sosial mühiti hesab olunur:

“Yerli xalqların bilik və ənənələri dayanıqlı inkişaf, resursların qorunması və iqlim problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır”.

Çıxış zamanı bildirilib ki, Azərbaycanda “yerli xalqlar” termini istifadə olunmasa da, ölkədə əsrlərdir mövcud olan dini və mədəni müxtəliflik multikulturalizm siyasətinin əsasını təşkil edir.

Rəvan Həsənov əlavə edib ki, Qarabağda yenidən qurulan şəhərlərdə müasirlik, innovasiya və mədəni müxtəlifliyin uzlaşdırılmasına xüsusi diqqət yetirilir, tarixi və dini abidələrin qorunması isə dövlət siyasətinin mühüm hissəsidir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

21 May 2026