• Bakı 20° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

"Neftçi" onu transfer edir

İDMAN

21 May 2026 | 16:12

Neftçi onu transfer edir

Növbəti mövsüm üçün transfer çalışmalarına start verən "Neftçi" ilk keçidini reallaşdırmaq istəyir.

Bakıvaxtı.az Sport24.az-a istinadən xəbər verir ki, "Ağ-qaralar" braziliyalı cinah oyunçusu Davi Qabriellə maraqlanır.

28 yaşlı futbolçu həm cinah müdafiəçisi, həm də vinqer kimi oynaya bilir. O, ölkəsinin C Seriyasında çıxış edən "Brusque"yə məxsusdur.

Qeyd edək ki, "Neftçi" növbəti mövsüm UEFA Konfrans Liqasında çıxış edəcək.


SON XƏBƏRLƏR

20 May 2026