• Bakı 22° C

    13.19 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Ərdoğan və Tramp İsrail-İran gərginliyini müzakirə ediblər
DÜNYA
14 Iyun 2025 | 23:19

Ərdoğan və Tramp İsrail-İran gərginliyini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, liderlər İsrailin İrana hücumunu müzakirə ediblər.

Ərdoğan bildirib ki, Türkiyə gərginliyi yaxından izləyir.

Onun fikrincə, nüvə sazişi ilə bağlı müzakirələr problemin həlli üçün yeganə yoldur.

Türkiyə lideri əlavə edib ki, ölkəsi nəzarətdən çıxa biləcək bir gərginliyin qarşısının alınması üçün əlindən gələni eləməyə hazırdır.

Dövlət başçıları həmçinin regional və qlobal məsələlər barədə danışıblar.


SON XƏBƏRLƏR

14 Iyun 2025