• Bakı 19° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır - İlham Əliyev
SİYASƏT
15 Iyun 2025 | 10:39

Yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır - İlham Əliyev

“Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Onun sözlərinə görə, milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır:

“Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir”, - deyə dövlət başçısı bildirib.


SON XƏBƏRLƏR