• Bakı 18° C

    11.5 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

İsgəndər raketinin Odessadakı hədəfi məlum oldu
DÜNYA
24 May 2025 | 19:42

"İsgəndər" raketinin Odessadakı hədəfi məlum oldu

Mayın 23-də Rusiya hərbçiləri tərəfindən "İsgəndər" raket kompleksinin ekipajlarının həyata keçirdiyi zərbələrin hədəfi Odessa limanına hərbi texnika daşıyan konteyner gəmisi və həmin limandakı konteyner anbarı olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb. 

"Gəmidə 100-ə yaxın konteynerdə hərbi yük, o cümlədən pilotsuz uçuş aparatları və döyüş sursatları olub", - nazirliyin bəyanatında deyilir. 

Qeyd olunub ki, sözügedən hədəflərin məhv edilməsindən sonra estakadaya boşaldılmış sursat və konteynerlərin partlaması, həmçinin güclü yanğın baş verib.


SON XƏBƏRLƏR