"İndiki uşaqlar fərqlidir. Baxıram 3 aylıq nəvəm elə hərəkət edir ki, təəccüblənirəm. Doğulanda artıq çox şey bilirlər, başqa cür inkişaf edirdilər. 12 yaşında belə avam idik. Tək güc toplayıb bu sənətə gəlmişəm. Nə sponsorum olub, nə dostum. Kişilər üçün çətindir. Qadınların kişi dostu olur. Bizim də kişi dostumuz olub, ən uzağı bizə yeyib-içmək verirlər. Sənətə dəstək olmurlar".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Günə uğurla" verilişində deyib. Sənətçi qadın ifaçıların sponsor tapmasının asan olduğunu bildirib.
N.Qafarzadə Əməkdar artist Nüşabə Ələsgərlinin ona məsləhətindən danışıb:
"İllər əvvəl Nüşabə Ələsgərli ilə bir toya düşdük. O da yarım saatlıq gəldi. Dedi ki, yaman idarəçiliyin var, amma reklamın yoxdur. Qazandığını reklama burax, sonra pul özü sənə gələcək. Məni ayıltdı". (Axşam.az)
Bakı 












