Şəmkir rayonunda kütləvi zəhərlənmənin baş verdiyi dönərxananın fəaliyyəti tam dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu gün AQTA rəsmiləri tərəfindən 24 nəfərin zəhərləndiyi ehtimal olunan “Almalı” dönər evinin qapısına möhür vurulub, qidalardan nümunələr götürülüb.
Qeyd edək ki, TƏBİB-dən verilən son məlumata görə, zəhərlənmə şübhəsi ilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 14-ü azyaşlı olub.