• Bakı 10° C

    7.43 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Masazırda iki qadın qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB
HADİSƏ
11 Aprel 2026 | 17:11

Masazırda iki qadın qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB

Aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    Bakıvaxtı.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Qeyd edilib ki, 2 nəfərin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

    ***

    13:36

    Masazırda evdə qətlə yetirilən qadınların şəxsiyyəti məlum olub.

    Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, öldürülən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyənləşdirilib.

    Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

     

    ***12:51

    Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib.

    Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

    Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.


    SON XƏBƏRLƏR

    10 Aprel 2026