• Bakı 22° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

MİDA: Cəbrayıldakı mənzillər hər cür şəraitlə təmin olunub 
CƏMİYYƏT
05 Oktyabr 2024 | 13:56

MİDA: Cəbrayıldakı mənzillər hər cür şəraitlə təmin olunub 

Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova deyib.

Onun sözlərinə görə, kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir.

"Bu binalarda ümumilikdə 712 mənzil var. Onlardan 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilir.

Altı kvartaldan ibarət kompleksin inşası keyfiyyətlə həyata keçirilib. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə verilib", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR