Mingəçevir şəhərinin Naxçıvan küçəsində yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, "Vaz-2107" markalı avtomobil "Ford" markalı kiçiktutumlu yük maşını ilə toqquşub.
Qəzaya düşmüş minik maşınının sürücüsü avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.