• Bakı 28° C

    4.17 m/s

Narkotik vasitələri təbliğ edən yazılar yazan şəxslər saxlanıldı
HADİSƏ
12 Avqust 2026 | 19:29

Narkotik vasitələri təbliğ edən yazılar yazan şəxslər saxlanıldı

Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə. Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfər müəyyən edilərək saxlanılıb.

Şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görüləcək.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR