• Bakı 27° C

    3.64 m/s

Dünyanın ən böyük tam elektrikli təyyarəsi ilk dəfə havaya qalxdı
DÜNYA
13 Avqust 2026 | 22:21

Dünyanın ən böyük tam elektrikli təyyarəsi ilk dəfə havaya qalxdı

ABŞ-nin "Heart Aerospace" şirkəti ilk dəfə "X1" təyyarəsini havaya qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, "X1" indiyədək uçuş həyata keçirən ən böyük tam elektrikli təyyarədir.

Sınaq Nyu-York ştatında yerləşən Plattsburq Beynəlxalq Hava Limanının uçuş-sınaq bazasında keçirilib. Uçuş 27 dəqiqə davam edib.

"X1" təxminən 335 metr yüksəkliyə qalxıb. Tam elektrikli mühərrik sistemi 1 meqavatdan çox güc hasil edib. Sınaq zamanı təyyarə yerdə hərəkət, havaya qalxma, yüksəlmə, manevr və eniş mərhələlərini uğurla yerinə yetirib.

İlk uçuş zamanı təyyarə yalnız akkumulyatorlardan istifadə edib və təxminən 5 dollar dəyərində elektrik enerjisi sərf edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR