• Bakı 28° C

    4.21 m/s

Moskvada restoran sahibinin avtomobili atəşə tutulub
DÜNYA
13 Avqust 2026 | 22:54

Moskvada restoran sahibinin avtomobili atəşə tutulub

Moskvanın mərkəzində "Levantine" restoranının sahibi Şaiq Süleymanova məxsus avtomobil atəşə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən axşam Trubnikovski döngəsində baş verib.

Naməlum şəxs 46 yaşlı biznesmenin idarə etdiyi “Range Rover” markalı avtomobilə bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Şaiq Süleymanov xəsarət almayıb və polisə müraciət edib.

Hadisə yerində 9 mm çaplı üç giliz aşkarlanaraq ekspertizaya göndərilib.

Polis atəş açan şəxslərdən birinin şübhəli qismində saxlanıldığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026