• Bakı 27° C

    4.21 m/s

BMT: Ukraynada mülki əhali arasında itkilər ən yüksək həddə çatıb
DÜNYA
13 Avqust 2026 | 23:50

BMT: Ukraynada mülki əhali arasında itkilər ən yüksək həddə çatıb

2026-cı ilin iyul ayında Ukraynada azı 437 mülki şəxs həlak olub, daha 2610 nəfər yaralanıb. Rusiyanın 2022-ci ilin martından Ukraynaya qarşı apardığı müharibə müddətində ən çox aylıq göstəricidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası məlumat yayıb.

"Ölən mülki şəxslərin sayı 2022-ci ilin may ayından bəri ən yüksək göstəricidir . Uşaq itkiləri ilə nəticələnən 17 ölüm və 166 yaralı 2022-ci ilin aprel ayından bəri ən yüksək göstəricidir. Raketlər və dronlar kimi uzun mənzilli silahlar itkilərin əsas səbəbi olaraq qalıb və bütün itkilərin 38%-ni təşkil edib, 183 nəfər ölüb, 967 nəfər yaralanıb. Bu hadisələrin əksəriyyəti cəbhə xəttindən uzaqda, şəhər mərkəzlərində baş verib. Hava bombardmanları nəticəsində ölənlərin sayı iyun ayı ilə müqayisədə 143% artaraq 105 nəfər, yaralıların sayı isə 753 nəfər olub" - məlumatda qeyd olunur.

BMT-nin təsdiqlənmiş rəqəmlərinə işğal olunmuş ərazidə 25 ölü və 50 yaralı da daxildir. Missiya vurğulayır ki, oradan məlumat əldə etmək getdikcə məhdudlaşır, ona görə də oradakı qurbanların real sayı daha çox ola bilər.

Missiya əlavə edib ki, Odessa və Nikolayev bölgələrində dəniz gəmilərinə və liman infrastrukturuna hücumlar artıb.

BMT-nin məlumatına görə, ən azı 39 belə hücum qeydə alınıb, onlardan ən azı 20-si dəniz gəmilərinə edilib. Bu hücumlar gəmilərə və ya liman infrastrukturuna ziyan vurub və bəziləri liman və gəmi heyəti də daxil olmaqla mülki şəxslərin itkisinə səbəb olub - 19 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bu hücumlar Qara dəniz üzərindən malların və kənd təsərrüfatı məhsullarının beynəlxalq daşınmasına mənfi təsir göstərib.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Krımda elektrik enerjisi istehsalı, paylanması və ötürmə müəssisələrinə ən azı 31 dəfə hücum edib ki, bu da iyun ayındakından xeyli çoxdur.

Bu hücumlar təcili və ya planlaşdırılmış elektrik kəsintiləri ilə nəticələnb. Rusiya qüvvələri də öz növbəsində Ukraynanın enerji infrastrukturuna hücum edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026