• Bakı 28° C

    4.21 m/s

Qurban Qurbanov: Uşaq vaxtı biz də Dinamoya azarkeşlik etmişik
İDMAN
13 Avqust 2026 | 23:10

Qurban Qurbanov: Uşaq vaxtı biz də "Dinamo"ya azarkeşlik etmişik

"Futbolçularımı təbrik edirəm. Gərgin və stresli oyun idi. Qarşımızda məğlub olmaq istəməyən rəqib var idi. Həm topla, həm topsuz çox yaxşı çıxış etdilər. Azarkeşlərə də təşəkkür edirəm. Çempionlar Liqasının qruplarındakı abu-havanı yaratmışdılar. Bakıda "Dinamo"ya azarkeşlik edənlər çoxdu. Uşaq vaxtı biz də "Dinamo"ya azarkeşlik etmişik".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”su ilə evdə keçirilən qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında deyib

Mütəxəssis ilk oyunla cavab matçını müqayisə edib:

"İki oyun arasında fərq çox idi. Bu gün daha aktiv oyun nümayiş etdirdik. Rəqibi topsuz qoymağa çalışırdıq. İkinci hissədə bəzi dəyişikliklər oldu. İsti hava şəraitində bu cür rotasiyalar normaldır".

Qeyd edək ki, iki oyunun nəticəsinə görə "Qarabağ" pley-off-a vəsiqə qazanıb - 2:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026