"Apple" korporasiyası "iPhone 18" seriyasının baza smartfonunun göstəricilərini təkmilləşdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "MacRumors" nəşri analitik Ceff Pula istinadla məlumat yayıb.
Mütəxəssis bildirib ki, seriyanın ən əlçatan cihazı olan "iPhone 18" "iPhone 17 Pro" ilə eyni həcmdə operativ yaddaş alacaq. Beləliklə, baza smartfonu 12 giqabayt operativ yaddaşa malik olacaq.
Pu həmçinin bildirib ki, gələn yaz ABŞ-ın İT nəhəngi ucuz "iPhone 18e" telefonunu təqdim edəcək. Mütəxəssisin məlumatına görə, cihaz 9 giqabayt operativ yaddaşa malik olacaq. Hər iki smartfon yeni "A20" prosessoruna əsaslanacaq.
Ceff Pu, "iPhone 18"in dizaynı ilə bağlı kiçik bir detalı da açıqlayıb. Onun məlumatına görə, smartfon kiçildilmiş ölçülü «Dynamic Island» ekran kəsiyi ilə satışa çıxacaq.
Məlumata görə, "iPhone 18" 2027-ci ilin əvvəlində çıxacaq. Beləliklə, baza smartfonunun anonsu "iPhone 18 Pro" və "18 Pro Max" flaqman modellərinin təqdimat tarixlərindən fərqlənəcək.
Daha əvvəl "Fixed Focus Digital" nəşrinin mənbələri "Apple"ın "iPhone 17" qiymətlərini qaldıracağını bildirmişdilər. İyunun sonunda Amerika brendinin smartfonlardan başqa demək olar ki, bütün cihazları bahalaşmışdı.
Bakı 











