• Bakı 27° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb
DÜNYA
03 Avqust 2026 | 16:43

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

Nyu York Universitetinin professoru və “Qara qu” kitabının müəllifi Nassim Taleb Azərbaycanda mühazirə oxumaqdan imtina edib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, N.Taleb Azərbaycana gəlməməsini hərbi cinayətləri sübuta yetirilmiş erməni separatçı Ruben Vardanyanın həbsi ilə əlaqələndirib.

“Ruben Vardanyan orada həbsdə olduğu müddət Azərbaycana getməyəcəm”, - Taleb bildirib.

Qeyd edək ki, N.Talebin Ruben Vardanyanla əlaqələri olduğu bildirilir. Onun “Qara qu” kitabı Azərbaycanda da nəşr edilib.

Detalları bir qədər sonra təqdim edəcəyik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR