• Bakı 16° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Qarabağ Neftçini böyük hesabla məğlub edib
İDMAN
04 May 2024 | 21:34

"Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində daha bir oyun keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Qarabağ" "Neftçi"ni qəbul edib.

FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada "Qarabağ" 5:0 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində 12 və 77-ci dəqiqələrdə Nəriman Axundzadə, 41-ci dəqiqədə Toral Bayramov fərqlənib. "Qarabağ"ın digər qollarını isə 66-cı dəqiqədə Leandro Andrade, 85-ci dəqiqədə Abdullah Zubir vurub.

"Neftçi"nin futbolçusu Yuri Matias 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Artıq çempionluğu təmin etmiş "Qarabağ"ın 76 xalı var. "Neftçi" isə 50 xalla 3-cü yerdədir.

Bu gün, baş tutan digər görüşdə "Kəpəz"lə "Sumqayıt" heç-heçə edib - 1:1.

Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.


SON XƏBƏRLƏR

17 May 2024