• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Gündəm

18 May 2024 | 11:01

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Xəbər verdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinin yeni komandanı general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. 

Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024