• Bakı 23° C

    13.62 m/s

Roma Papası Türkiyəyə səfər edəcək
DÜNYA
21 Avqust 2025 | 21:45

Roma Papası Türkiyəyə səfər edəcək

Roma Papası XIV Leo-nun Livana planlaşdırılan apostol səfəri Türkiyəyə də səfərlə müşayiət olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vatikanın məlumatlı mənbəsi TASS-a açıqlamasında bildirib.

Pontifikin hər iki ölkəyə səfəri noyabr ayının sonuna nəzərdə tutulur.

“Papa atam Livana və Türkiyəyə gedəcək”, - deyə Vatikan mənbəsi səfərin təsdiqləndiyini qeyd edib.

Bundan əvvəl Antakya və Bütün Şərq Maronit Patriarxının vikarı, arxiyepiskop Paul Nabil əl-Sayyah pontifikin Livana səfərinin mümkünlüyü barədə açıqlama vermişdi. Maronit Kilsəsinin rəhbəri Patriarx Beçara Butros əl-Rai isə "Əl Ərəbiyyə" telekanalına müsahibəsində Papanın səfərinin noyabrın sonunadək baş tuta biləcəyini bildirmişdi.

Türkiyə tərəfi isə səfərin 30 noyabrda - Müqəddəs Endryu Günündə baş tutacağını təsdiqləyib.

Qeyd edək ki, XIV Leo-nun sələfi bu ilin aprelində vəfat etmiş Papa Fransisk, Nikeyada (müasir İznik) Birinci Ekumenik Şuranın 1700 illiyi münasibətilə Türkiyəyə səfər etməyi planlaşdırırdı. Lakin səhhətindəki problemlər səbəbindən bu səfər reallaşmamışdı.


SON XƏBƏRLƏR

21 Avqust 2025