• Bakı 30° C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Rubio: Vaşinqtonla Pekin münasibətləri qorumalı və əməkdaşlıq etməlidir
DÜNYA
27 Iyul 2025 | 08:29

Rubio: Vaşinqtonla Pekin münasibətləri qorumalı və əməkdaşlıq etməlidir

Rəsmi Vaşinqtonla Pekin münasibətləri qoruyub saxlamalı və mümkünsə əməkdaşlıq sahələri tapmalıdır.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.

"ABŞ ilə Çin dünyanın ən güclü və mühüm iki ölkəsidir, ona görə də biz əlaqələri qorumalıyıq. Biz onlarla danışa bilməliyik və mümkünsə əməkdaşlıq sahələri tapmalıyıq", - o deyib.

"Bizim bəzi qıcıqlandırıcı faktorlarımız olacaq. Buna heç bir şübhə yoxdur", - Rubio əlavə edib. Onun sözlərinə görə, "hər bir Çin şirkətinin ABŞ bazarına maneəsiz çıxışı var", "Çin bazarı isə tamamilə bağlıdır". Dövlət katibi bu vəziyyətin uzun illərdir davam etdiyini iddia edib.

"Mən tarazlığı bərpa etmək niyyətindəyəm. Düşünürəm ki, biz bunu bacarmalıyıq və eyni zamanda başa düşməliyik ki, heç olmasa anlaşılmazlıqların qarşısını almaq üçün çinlilərlə məşğul olmalıyıq. Ona görə də onlarla münasibətlərimizi davam etdirməliyik", - Rubio davam edib.

"Biz onlarla hörmətli münasibət qurmaq istəyirik. Fikir ayrılığımız olan sahələrdə həmişə məsələnin Amerika tərəfində olmalıyıq", - o, fikirlərini yekunlaşdırıb.


SON XƏBƏRLƏR

26 Iyul 2025