• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Şahzadə Harri vətəninə qayıdıb
DÜNYA
07 May 2024 | 20:52

Şahzadə Harri vətəninə qayıdıb

ABŞ-da yaşayan Şahzadə Harri Londona səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, Sasseks hersoqu İnviktus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün Böyük Britaniyaya qayıdıb. Onun sabah Müqəddəs Paul Katedralında çıxış etməsi planlaşdırılır. Şahzadə Harrinin mətbuat xidmətindən bildirilib ki, o, atası Kral Çarlzla görüşməyəcək.

Qeyd edək ki, Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl “sarı mətbuatın” artan və çox vaxt qərəzli diqqətindən yayınmaq üçün 2020-ci il martın 31-də könüllü olaraq kral ailəsinin üzvü statusundan imtina edib. Onlar hazırda ABŞ-da yaşayırlar.


SON XƏBƏRLƏR

18 May 2024