• Bakı 16° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Samir Şərifov: İqlim gündəliyini inkişaf etdirməklə bağlı müzakirələr gedir
SİYASƏT
04 May 2024 | 17:55

Samir Şərifov: "İqlim gündəliyini inkişaf etdirməklə bağlı müzakirələr gedir"

"Düzgün maliyyələşdirmə və vəsaitlərin ayrılması olmadan iqlim gündəliyini irəli aparmaq mümkün olmayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.

“İqlim gündəliyini inkişaf etdirməklə bağlı çoxsaylı müzakirələr gedir. Artıq çox iş görülüb, amma daha çox iş görməliyik. Ən vacib məsələlərdən biri də təbii ki, maliyyələşdirmədir”, - o bildirib.

Nazirin sözlərinə görə, bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan Dubayda keçirilən COP28-in müsbət nailiyyətlərinə əsaslanacaq.

O, həmçinin vurğulayıb ki, Azərbaycan iqlim gündəliyini irəli aparmaq üçün beynəlxalq konsensusa nail olmağa ümid edir.(report)


SON XƏBƏRLƏR

17 May 2024