• Bakı 21° C

    14.34 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Suçiçəyi mövsümü: İnfeksionist xəstəlikdən qorunma yollanını göstərir
CƏMİYYƏT
04 May 2023 | 12:42

Suçiçəyi mövsümü: İnfeksionist xəstəlikdən qorunma yollanını göstərir

Azərbaycanda suçiçəyinə yoluxanların sayı artıb. Kimisi bu xəstəliyi uşaqlıqda keçirib, kimisi də keçirmədiyi üçün özünü təhlükə altında hesab edir.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, indi suçiçəyi mövsümüdür.  Onun  sözlərinə görə, bu, əsasən, uşaqlarda yayılan infeksion xəstəlikdir, herpes virusları tərəfindən törədilir: “Uşaq infeksion xəstəliyi olduğu üçün böyüklər daha ağır keçirir. Adətən, uşaqlarda ciddi problem yaratmır, ağırlaşma müşahidə edilmir”.

Həkim qeyd edib ki, xəstəlik müddətində bəzi qaydalara diqqət edilməlidir. Belə ki, istirahət rejiminə keçmək, soyuqdan qorunmaq, normal qidalanmaq lazımdır.

“Suçiçəyinə böyüklərdə nadir hallarda rast gəlinir. Çünki böyüklər bu virusa həssas deyillər. Ancaq yoluxarlarsa, pnevmoniya və s. kimi ağırlaşmalar olur”.

M.Əliyev bildirib ki, suçiçəyi hava, damcı, yəni tənəffüs yolu vasitəsilə yoluxur: “Kifayət qədər yoluxucu xəstəlikdir. Əslində, bunun peyvəndi var və çox gözəl effekt verir. Lakin hazırda peyvənd Azərbaycanda yoxdur. Təbii ki, olsa və rutin peyvənd kimi uşaqlarda isifadə olunsa, suçiçəyi heç yayılmaz”.

Müsahibimiz görə, qorunma üsulu olaraq peyvənddən başqa, digər yol suçiçəyi xəstələri ilə təmasda olmamaqdır. Onun sözlərinə görə, əgər məktəbdə uşaqlar arasında suçiçəyi xəstəliyi yayılıbsa, uşaqları məktəbə buraxmamaq lazımdır: “Ən yaxşı metod isə xəstə uşağı təcrid etməkdir. Belə olan halda digərlərini yoluxdurmayacaq. Burda iş məktəb və bağçaların üzərinə düşür. Həmçinin, burada gigiyena, epidemelogiya mərkəzlərinin də rolu var. Onlar da müəyyən işlər görməlidir”.

M.Əliyev onu da qeyd edib ki, xəstəlik çox yoluxucu olduğu üçün təcrid edərək bütünlüklə qarşısını almaq olmur: “Valideynlər də uşaqlarının yoluxmaması üçün diqqətli olmalıdırlar”.

Aytac Aslan


SON XƏBƏRLƏR

14 Iyun 2025