Suriya qoşunları İraqla sərhədə yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.
İraq hökuməti də Suriya qoşunlarının Suriya-İraq sərhədi boyunca yerləşdirildiyini təsdiqləyib və bu addımın Bağdadla koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib.
İraq Sərhəd Qüvvələrinin komandanı sərhəddəki vəziyyətin normal olaraq qaldığını bildirib və əlavə edib ki, hazırda heç bir təhlükəsizlik təhdidi yoxdur və İraq və Suriya sərhəd qüvvələri davamlı koordinasiya və kəşfiyyat məlumatlarının mübadiləsini davam etdirir.
Bakı 











