• Bakı 22° C

    10.42 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Tehrandakı mülki obyektlərə zərbələr endirilə bilər - Kats
DÜNYA
16 Iyun 2025 | 10:42

Tehrandakı mülki obyektlərə zərbələr endirilə bilər - Kats

İsrailin müdafiə naziri İsrael Kats Tehrandakı mülki hədəflərə zərbələr endirməklə hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilib ki, bu, İran hərbi qüvvələrinin İsrail şəhərlərinin yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavab olacaq.

"Tehran sakinləri bunun əvəzini tezliklə ödəyəcəklər", - o vurğulayıb.

Qeyd olunub ki, iyunun 13-dən bəri İsrailin mülki obyektlərinə endirilən zərbələr nəticəsində azı 21 nəfər həlak olub və 100-dən çox insan yaralanıb.


SON XƏBƏRLƏR

15 Iyun 2025