İsrail 120-dən çox raket buraxılış qurğusunu məhv edərək Tehranın üzərində tam hərbi üstünlük əldə edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Efi Defrin bildirib.
Onun sözlərinə görə, İsrail Ordusu İranın raket qurğularının üçdə birini məhv edib və İran səmasında havada tam üstünlük əldə edib.
"Əməliyyatın başlanğıcından bəri 120-dən çox raket buraxılış qurğusu məhv edilib. Bu da İranın raket buraxılış qurğularının ümumi sayının üçdə birini təşkil edir. Keçən gecə Hərbi Hava Qüvvələri eyni zamanda 20-dən çox "yer-yer" tipli raket sistemi məhv edib. Dünən axşam Hərbi Hava Qüvvələri mərkəzi İranda İsfahandakı təxminən 100 hərbi hədəfə zərbələr endirib", - E.Defrin əlavə edib.