ABŞ-nin Viskonsin ştatında 69 yaşlı bir kişi tıxacdan yayınmaq üçün vertolyotla mağazaya uçub.
Bakıvaxtı.az "New York Post qəzeti"nə istinadən xəbər verir ki, o, ovçuluq mağazasına getmək üçün helikopterlə uçub.
Nəticədə maşın sürmək üçün sərf edəcəyi təxminən bir saatlıq vaxtına qənaət edib.
Polis yaşlı kişidən mağazaya getmək üçün niyə belə qeyri-ənənəvi bir yol seçdiyini soruşduqda, o, "yol sadəcə çox uzun və tıxac idi" cavabını verib.
Rəsmilər kişinin lazımi lisenziyaya malik olduğunu və federal qaydalara riayət etdiyini bildiriblər.
Gülşən Şərif
Bakı 











