• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Tramp: ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır
CƏMİYYƏT
02 Avqust 2025 | 09:16

Tramp: ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır

ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

“Medvedev (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Qeyd) nüvə silahı haqqında danışmağa başladı və nüvə silahına gəldikdə, biz hazır olmalıyıq. Biz isə tam hazırıq, - Ağ Evin rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib.

O, bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatından sonra atdığını bildirib.


SON XƏBƏRLƏR

01 Avqust 2025