“Qarabağ” heyətini yeni legionerlə gücləndirmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, söhbət İsrailin “Hapoel”(Beer-Şeva) klubunun dayaq yarımmüdafiəçisi Lukas Venturadan gedir.
Bu barədə Bolqarıstanın “KotaSport” portalı məlumat yayıb. Ağdam təmsilçisi braziliyalını təcili transfer etmək istəyir və bu məqsədlə külli miqdarda pul ödəməyə hazırdır.
O cümlədən “Qarabağ” ona hazırkı klubunda aldığı maaşdan xeyli çox gəlir təklif edib.
Bolqar həmkarlarımızın iddiasına görə, Ventura ilə ÇSKA(Sofiya) da maraqlanır.
Lakin onun “Qarabağ”a keçidə razılıq verəcəyi ehtimal edilir. Venturanın "Hapoel"lə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 1,4 milyon avrodur.