• Bakı 29° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Azərbaycan və Qətər qarşılıqlı investisiya qoyuluşunu müzakirə ediblər
İQTİSADİYYAT
02 Avqust 2025 | 17:44

Azərbaycan və Qətər qarşılıqlı investisiya qoyuluşunu müzakirə ediblər

Azərbaycan və Qətər arasında qarşılıqlı investisiya qoyuluşunun təşviqi müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb:

"Türkiyəyə işgüzar səfərimiz çərçivəsində Qətər İnkişaf Fondunun baş direktoru Fəhəd Həməd Al Suleyti ilə görüşməkdən məmnun olduq. Ölkəmizlə iqtisadi əməkdaşlıq istiqamətləri, biznes əlaqələrinin gücləndirilməsi, enerji, ticarət və investisiyalar sahəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikirlərimizi bölüşdük".


SON XƏBƏRLƏR

02 Avqust 2025