ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, onların görüşü Kanadada keçirilən G7 sammiti çərçivəsində baş tutacaq.
Həmçinin qeyd edilib ki, Amerika lideri G7-də Meksika prezidenti Klaudiya Şeynbaum və Kanadanın baş naziri Mark Karni ilə ikitərəfli görüşlər keçirəcək.
Mina Mikayılova