• Bakı 20° C

    7.68 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarıldı
DÜNYA
16 Iyun 2025 | 16:05

İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarıldı

İranla davam edən münaqişə fonunda İsrail Ordusunun bölmələrinin bir qismi Qəzza sektorundan çıxarılıb, Misir və İordaniya sərhədinə yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

    Qeyd edilib ki, hazırda Qəzzada İsrail Ordusunun 4 diviziyası, yəni 10 minə qədər hərbçisi var. 98-ci diviziya, elit desant birləşməsi və xüsusi təyinatlı bölmə isə Qəzza sektorundan çıxarılıb.

    Bununla belə, İsrail Ordusunun yaydığı bəyanatda bildirilib ki, İranla davam edən münaqişə dövründə də Qəzzada HAMAS silahlılarının zərərsizləşdirilməsi prosesi davam edəcək.

    İsrail Ordusunun İordaniya ilə sərhəddə qüvvələri 3 dəfə artırılıb. 98-ci diviziya isə Misirlə sərhədə yerləşdirilib.


    SON XƏBƏRLƏR